Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Astarada İran vətəndaşının idarə etdiyi yük maşını qəza törədib, xəsarət alan var



 Astarada xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Cənub bürosu xəbər verir ki, hadisə Ərçivan qəsəbəsi ərazisində baş verib

İran İslam Respublikası vətəndaşına məxsus, meyvə daşıyan yük maşını aşıb. Nəticədə sürücü xəsarət alıb. 

Hadisəyə nəqliyyat vasitəsində yaranan texniki nasazlıq səbəb olub.

Qəza ilə əlaqədar Ələt-Astara magistralının Ərçivan qəsəbəsi ərazisindən keçən hissəsində nəqliyyatın hərəkəti dayanıb. Tıxacın aradan qaldırılması üçün alternativ yollardan istifadə olunur.

Faktla bağlı araşdırma aparılır.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений