Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

At, camış, eşşək, dana: Ətləri necə ayırmaq olar? - OXUYUN



Dana əti adı altında digər mənşəli ətlərin satılması haqqında məlumatlar mütəmadi olaraq yayılır. Bəzən bazarda at, eşşək əti satılması xəbəri əhalini narahat edir. Bəs, ətləri bir-birindən necə ayırmaq olar?  

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Cebhe.info-ya açıqlamasında bildirib ki, Nazirlər Kabinetinin 94 saylı qərarına görə, əmtəə bazarında satılan istənilən məhsulun, o cümlədən ətin sertifikatı olmalıdır: 

“İstənilən ət kəsilən kimi satılmamalıdır. Heyvan xəstəlikləri məhv olsun deyə, şok dondurmadan keçrilməlidir. Qərarda göstərildiyi kimi, üzərində istehsal tarixi olmaq şərtilə bükülmüş formada satılmalıdır. Həmçinin ətin üzərində mənşəyi yazılmalıdır. Bizdə ətalma mədəniyyəti çox aşağıdır. Açıq şəraitdə satılan ətləri alırıq”.

Vizual olaraq, ətlərin bir-birindən seçildiyini deyən hüquq müdafiəçisinin bildirdiyinə görə, əgər ətin qabırğaları enli, piyi ağdırsa, bu onun camış əti olması deməkdir.

Ətin rəngi kifayyət qədər sarı, qabırğaları enlidirsə, bu onun at əti olduğuna dəlalət edir.

Xatirə
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений