Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Ataya kömək, yoxsa İSTİSMAR - Ekspert rəyi



Hər gün müxtəlif işlərdə çalışan çoxlu azyaşlı ilə razstlaşırıq. Uşaq əməyindən xüsusən də xidmət sahələrində daha çox istifadə edilir. Qanunvericilik isə uşaq əməyindən istifadəni qadağan edir.

Cebhe.info xəbər verir ki, tanınmış pediatr Vaqif Qarayev də uşaq əməyinin istismarı məsələsinə toxunub.

O, deyib ki, hər gün həyatımızda müxtəlif yaşlarda uşaqların müəyyən sahələrdə çalışdıqlarının şahidi oluruq:

“Uşaqlar valideynlərin peşəsini davam etdirməlidirlərmi və neçə yaşından? 7-8 yaşlı uşaq marketdə valideynlərinə satıcı kimi kömək edir və bu işi də pis bilmir. Həmin yaşda uşaq avtobusda atasının yanında bələdçi işləyir. Bu uşaqlar məktəbə gedir, ya yox, bilmirəm. Amma hər gün görürəm. Uşaqlar əməyə nə vaxt, necə alışdırılmalıdı? Bu, artıq başqa mövzudu... Amma yuxarıda misal çəkdiklərim konkret olaraq uşaq əməyininn istismarıdı, əməyə alışdırmaq deyil.

Bəzən görürsən ki, eyni və ya bir az yuxarı yaşda uşağı atası şəxsi avtomobilinin sükanı arxasında otuzdurur.və ətrafı qürurla, sınayıcı nəzərlərlə süzür. Bu artıq təkcə həmin uşaq üçün yox, ətrafdakılar üçün də çox təhlükəlidi. Bununla uşaqların həm mənəviyyatını pozuruq, həm də gələcəyini əlindən alırıq”. 

Alçina Amilqızı 
Cebhe.info

 








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений