Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

ATƏT “DQR”i danışıqlara qoşmaq istəyir? - Erməni məmurdan İDDİA



ATƏT-in Minsk qrupunun həmsədrləri  Dağlıq Qarabağın separatçı rejiminin danışıqlarda iştirakına razıdır.

Cebhe.info xəbər verir ki, bu fikri Ermənistan xarici işlər nazirinin müavini Şavarş Koçaryan səsləndirib.

Yerli mətbuatın yazdığına görə, nazir müavini "DQR”in danışıqlar prosesində iştirakının zəruriliyinin hətta vasitəçilərə də aydın olduğunu iddia edib. 

“Vasitəçilər "DQR"in danışıqlarda iştirak zəruriliyini vurğulayıblar",- deyə nazir müavini qeyd edib.

O hesab edir ki, qondarma rejimin iştirakı olmadan danışıqlarda irəliləyiş mümkün deyil. “DQR”in danışıqlar prosesində iştirakının Aərbaycanın etirazı səbəbindən baş tutmadığını deyən Ş.Koçaryan irəliləyişin məhz separatçı rejimin tərəf kimi prosesə qoşulmasından etibarən yaranacağını iddia edib.  

Xəzər
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений