Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Avrasiya İttifaqı ölü quruma çevrilir?



İqtisadi birliyin fəaliyyəti sual altındadır

Rusiyanın yaratdığı Avrasiya İttifaqının fəaliyyəti xeyli zəifləyib. Xüsusilə, MDB məkanını əhatə edən bu birlik demək olar ki, gündəmdən çıxıb. Fəaliyyətini dondurmuş kimi görünən bu birlik sanki amorf bir təşkilata çevrilib.

Qeyd edək ki, Avrasiya İqtisadi Birliyi - 29 may 2014-cü ildə Belarus, Qazaxıstan və Rusiya tərəfindən imzalanmış müqavilə ilə qurulan siyasi və iqtisadi təşkilatdır. Ermənistanı da Avrasiya İqtisadi Birliyinə daxil edən müqavilə 9 oktyabr 2014-cü ildə imzalanıb. Birliyin fəaliyyəti rəsmi olaraq 1 yanvar 2015-ci ildə başlayır. Rusiya tərəfi dəfələrlə Azərbaycanı bu birlikdə görmək istədiyini bəyan etsə də, rəsmi Bakı quruma yanaşmada  məsafəli davranır. Bu İttifaq çərçivəsində fəaliyyət göstərənlər bir növ Rusiyanın təsir dairəsində olan dövlətlərdir.

Politoloq Natiq Miri “Cümhuriyət” qəzetinə şərhində Avrasiya İttifaqında yaşanan problemlərin üzv dövlətlər arasında baş verən anlaşılmazlıqdan irəli gəldiyini deyib: “Avrasiya İttifaqı bir iqtisadi birlikdir. Bunu qətiyyən diqqətdən qaçırmaq lazım deyil. Bu daha çox Rusiyanın qonşuları olan postsovet ölkələri ilə iqtisadi əməkdaşlığı gücləndirməyə xidmət edir. Ayrıca, Rusiyanın orbitində olan bu ölkələrin iqtisadi siyasətini Moskvanın maraqlarına uyğun yönləndirilməsi əsas hədəfdir. Ancaq indiki qlobal səviyyədə iqtisadi böhran yaşanır. Digər tərəfdən enerji daşıyıcılarının qiymətlərinin düşməsi müqabilində təbii ki, Avrasiya İttifaqının fəaliyyəti və üzv dövlətlərə verdiyi faydası görünmür. Ancaq bu, o, demək deyil ki, Avrasiya İttifaqı amorf təşkilatdır.

Amorf təşkilat olan Müstəqil Dövlətlər Birliyidir ki, bu birlik demək olar ölü doğulub. Həm siyasi, həm də iqtisadi yöndə bu əməkdaşlığa heç bir qatqısı yoxdur. Ancaq Avrasiya İttifaqı bir iqtisadi birlik modeli olduğu üçün düşünürəm ki, bu daha ciddi təşkilatdır. Nüvəsi Rusiya olan bu ittifaq daha çox məhz bu ölkənin maraqlarına xidmət edir. Bir məsələni də diqqətdən qaçırmaq olmaz ki, Rusiya nə qədər Avrasiya İttifaqını öz ətrafında yaratmış olsa belə, bu təşkilatın üzvü olan Belarus, Qazaxıstan kimi ölkələr təbii ki, öz maraqlarını da nəzərə almamış deyil. 

Bu baxımdan qurumda hər şey  Rusiyanın istədiyi kimi getmir. Burada da bəzi problemlər var. Ayrıca, öz enerji daşıyıcılarının digər dünya dövlətlərinə satılmasında da müəyyən fikir ayrılıqları mövcuddur. Bu səlahiyyətlərini heç bir, xüsusilə də Qazaxıstan kimi ölkə Rusiyaya vermək istəmir. Buna görə də hələ də Avrasiya İttifaqında problemlər mövcuddur. Ancaq hər bir halda bu gələcəyə hesablanmış bir birlikdir. Rusiyanın bu yöndə çox ciddi geosiyasi hədəfləri var. Ona görə də Avrasiya İttifaqının tamamilə iflasa uğradığını demək doğru deyil. Regional münaqişələr bitdikdən sonra, enerji daşıyıcılarının qiyməti bahalaşdığı və iqtisadiyyatlar təxminən öz köhnə məcrasına qayıdacağı təqdirdə  İttifaqın fəaliyyəti daha çox görünəcək. Düşünürəm ki, fəaliyyətin zəifləməsi sadəcə olaraq İttifaq çərçivəsindəki bir çox anlaşmazlıqlar, Rusiyanın bu məsələdə daha çox moderator rolunu oynamaq istəməsi və qlobal iqtisadi böhranla bağlıdır”.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений