Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Avroliqada bütün yarımfinalçılar bəlli oldu - VİDEOLAR



Avropa Liqasında 1/4 finalın cavab oyunları keçirilib.

Baş tutan 4 qarşılaşma ilə yarımfinala yüksələn komandalar müəyyənləşib.

MOİK və “Arsenal” qarşılaşması 2:2 hesablı bərabərliklə yekunlaşıb. Buna baxmayaraq, Arsen Vengerin komandası ilk görüşdə 4:1 hesablı qələbə qazandığından növbəti mərhələyə adlayıb.

.



"Atletiko” isə səfərdə “Sportinq”lə bacarmayıb - 1:0. Ancaq, Madrid klubu ilk oyunda 2:0 hesabı ilə qalib gəldiyindən mərhələ adlayan tərəf olub.



Öz meydanında “Latsio”nu qəbul edən “Zalsburq” 4:1 hesablı qələbəyə sevinib. İlk oyundakı 4:2 hesablı məğlubiyyətə baxmayaraq, “Zalsburq” əzmkar qələbə sayəsində mübarizəni davam etdirmək hüququ qazanıb.



Qeyd edək ki, bu gün UEFA Avropa Liqasında yarımfinal mərhələsinin püşkü atılacaq. İsveçrənin Nyon şəhərində, UEFA-nın mənzil-qərargahında təşkil olunacaq tədbir Bakı vaxtı ilə saat 15:00-da start götürəcək. 

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений