Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Avropa Birliyində inflyasiya artıb



Avropa Birliyində illik inflyasiya bu ilin may ayında 2 faizə yüksəlib.

Сebhe.info Avropa Statistika İdarəsinin (Eurostat) məlumatına əsasən xəbər verir ki, 19 üzvü olan avrozonada aprel ayında 1,3 faiz olan illik inflyasiya, may ayında 1,9 faizə çatıb.
Avropa Birliyində isə aprel ayında illik inflyasiya 1.5 faiz, may ayında isə 2 faiz səviyyəsinə çatıb.

Avropa Birliyində fevral ayında ən aşağı inflyasiya 0.7 faizlə İrlandiyada, 0,8 faizlə Yunanıstan və 1 faizlə Danimarka da qeyd edilir.

İllik ən yüksək inflyasiya sahibi olan ölkələr 4,6 faizlə Rumıniya, 3,1 faizlə Estoniya oldu.

Avropa Mərkəzi Bankı regionda qiymət sabitliyini qorumaq üçün orta hesabla 2 faizə yaxın bir şəkildə inflyasiya hədəfləyir. Bank bu istiqamətdə aktivlərin alınması proqramı və aşağı faiz siyasəti əhatə edən bir sıra tədbirlər həyata keçirir.

Yeganə Oqtayqızı
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений