Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Avropa qaçqınlara insan kimi baxmır - HESABAT



Avropa miqrasiya böhranında "səmimi mərhəmətsiz" siyasət yeridib.

 Axar.az- bildirir ki, bu barədə informasiyanı "Amnesti İnterneşnl" təşkilatının hesabatında yer alıb.

"Varlı ölkələrin liderlərinin ümumbəşəri qaçqın böhranına yanaşmaları əvvəlki kimi yalnız sözlərdən və səmimi mərhəmətsizlikdən ibarət olub. Onlar qaçqınlara insan kimi yox, qaçılması gərək olan problem kimi baxıblar. Avropa liderlərinin böyük hissəsi miqrasiyanın qanuni və təhlükəsiz şəkildə həllinə hazır olmadığına görə qərara gəldilər ki, qaçqınları öz sərhədlərindən uzaqda saxlasınlar. Bu cür yanaşmanın qaçılmaz təsirlərini Liviyada görmək mümkündür", - deyə hesabatda bildirilib.

Təşkilat həmçinin Suriya böhranında bütün konflikt tərəflərinin hərbi cinayətlərdə, insan haqlarının pozulmasında iştirak etdiyini vurğulayıb. Hesabatda Suriyada ölənlərin sayının 400 minə, qaçqınların sayının isə 11 milyona çatdığı bildirilib.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений