Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Avropa Şurası Azərbaycana qarşı xüsusi prosedura başladıb



Çərşənbə axşamı günü keçirilən iclasında Avropa Şurası Nazirlər Komitəsi (AŞNK) Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) qərarına əsasən İlqar Məmmədovu azad etmədiyinə görə Azərbaycana dair "pozuntu prosedurunu" başlamaq qərarını verib.

BBC xəbər verir ki, bununla AŞNK-si İlqar Məmmədovun dərhal azad edilməsi barədə hökm çıxaran AİHM-ni Azərbaycanın bu hökmü icra edib-etməməsinə dair qərar çıxarmağa dəvət edib.

Keçən həftə Azərbaycanın AİHM-ə daimi nümayəndəsi Çingiz Əsgərov “BBC Azərbaycan”a bildirib ki, AİHM-in hökmündə İlqar Məmmədovun azadlığa buraxılması öz əksini tapmayıb və o, Azərbaycan hökumətinin bu işlə bağlı bütün zəruri tədbirləri gördüyünü iddia edib.

Pozuntu proseduru nəticə vermədiyi halda Avropa Şurası Azərbaycana qarşı addım ata bilər. Bu addımlar Azərbaycanın AŞ-dakı fəaliyyətinə məhdudiyyətlərdən və ya ən ciddi halda ölkənin təşkilatdan xaric edilməsilə nəticələnə bilər.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений