Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Avropadan işlənmiş təkər gətirib satan sahibkarlar etiraz edir: Çalışırlar ki, iş yerimiz bağlansın



Avropadan işlənmiş təkərlər gətirib satmaqla məşğul olan sahibkarlar bazar ertəsi Prezident Administrasiyasının binasının qarşısında toplaşıblar.

Onlar gətirdikləri məhsula gömrük rüsumunun artırılmasına etiraz edirlər.

"Azərbaycanın xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri"nin təsdiq edilməsi haqqında qərara əsasən, ölkəyə gətirilən bərpa edilmiş və ya istifadə edilmiş pnevmatik rezin şinlərin hər birinə görə, 10 dollar ödənilməlidir.

Yanvarın 1-dən qüvvəyə minmiş qərarı Nazirlər Kabineti 2017-ci il noyabrın 17-də qəbul edib.

Babək prospektində yerləşən "Köhnə maşın bazarında" çalışan sahibkarlar deyir ki, bu rüsumdan başqa, 18 faizlik ƏDV də ödənilməlidir.

Onların sözlərinə görə, təkcə işçilər deyil, onların ailələri də bu bizneslə dolanırlar.

Məsələ ilə bağlı Dövlət Gömrük Komitəsindən şərh almaq mümkün olmasa da, sahibkarların sözlərinə görə, komitə qərara görə məsuliyyət daşımadığını deyib.

Prezident Administrasiyasından sahibkarlara şikayətə baxılacağı ilə bağlı söz verilib.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений