Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Avtobuslar stadiondan 30 min sərnişin daşıyıb - VİDEO



Ötən gün UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçirilən “Qarabağ”-“Çelsi” futbol qarşılaşması günü Bakı Nəqliyyat Agentliyi sərnişindaşıma ilə bağlı nəzərdə tutulan tədbirləri tam şəkildə yerinə yetirib. 

Cebhe.info xəbər verir ki, bu haqda Bakı Nəqliyyat Agentliyi məlumat paylaşıb. 

Oyun günü Bakı Olimpiya Stadionundan müəyyən olunmuş istiqamətlərdə (metronun “Qara Qarayev”, “28 May” və “20 Yanvar” stansiyalarına) fəaliyyət göstərən ekspress xətt avtobusları ilə ümumilikdə 30010 nəfər sərnişin daşınıb. Prosesə 442 sərnişin avtobusu cəlb edilib.

Bununla yanaşı oyun günü “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzindən (saat 21:30-dan 00:00-dək müddətdə) 31 sayda marşrut xətti üzrə 10000 nəfərdən çox sərnişinin daşınması təmin edilib.

Bakı Nəqliyyat Agentliyi sərnişindaşıma prosesinin həyata keçirilməsində göstərdikləri dəstəyə görə Daxili İşlər Nazirliyinə, eləcə də, müntəzəm sərnişdaşıma fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərə təşəkkürünü bildirir.

Nigar
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений