Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Avtoxuliqanlıq edən sürücü həbs olunudu



Zaqatala rayonunda avtoxuliqanlıq edən sürücü həbs olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin verilən məlumata görə, rayonun mərkəzi küçələrində avtoxuliqanlıq edən "VAZ 21011” markalı avtomobilin sürücüsünə həmin ərazidə xidmət aparan Yol Patrul Xidmətinin (YPX) əməkdaşları tərəfindən "saxla” əmri verilib.

Əmrə tabe olmayan sürücünün idarə etdiyi avtomobili YPX ekipajı təqib edib və avtomobil saxlanılıb. Sürücünün Zaqatala şəhər sakini Emil İbrahimov olduğu müəyyənləşib. O, saxlanılaraq məhkəmə orqanlarına təhvil verilib.

Zaqatala Rayon Məhkəməsinin qərarı ilə E.İbrahimov inzibati qaydada 40 sutkalıq azadlıqdan məhrum edilib.

Qeyd edək ki, əvvəllər də avtoxuliqanlıqla inzibati məsuliyyətə cəlb olunmuş E.İbrahimov avtomobili sürücülük vəsiqəsi olmadan idarə edib.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений