Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

AXCP-dən bəyanat: "Erməni terroruna "dur" deyək"



Xəbər verdiyimiz kimi, Tatarov Adil Əli oğlu mayın 20-də dövlət sərhədinin Naxçıvan Muxtar Respublikası sahəsində düşmən tərəfinin növbəti təxribatının qarşısını alarkən şəhid olub. 

Cebhe.info xəbər verir ki, bunla bağlı Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) bəyanat yayıb.

Bəyanatda deyilir:

“Azərbaycan Xalq Cəbhəsi Partiyasının bütün üzvləri adından Şəhidimizin ailəsinə və yaxınlarına, eləcə də, bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı veririk.

Biz Ermənistan rəhbərliyini Azərbaycana, Azərbaycan xalqına qarşı terror törətməkdən çəkinməyə, işğal etdikləri torpaqları azad etməyə çağırırıq. Və bütün dünyanı erməni terroruna dur deməyə səsləyirik.

Azərbaycan hökumətinindən də radikal qərarlar almağı, adekvat addımlar atmağı tələb edirik. Qarabağ sorunu artıq həllini tapmalıdır. İstər sülh, istər müharibə yoluyla. Nə olacaqsa, qısa zamanda olmalıdır. Xalqın artıq səbri qalmayıb.

Bütün dünya da onu bilsin ki, torpaq düşməndə, qan yerdə qalmayacaq, buna Azərbaycan xalqı icazə verməyəcək”.

Vilayət Muxtar
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений