Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

AXCP-nin təklifi qəbul edildi: “Bu təkliflərin icrası sevindiricidir” - SƏDR MÜAVİNİ



Xəbər verildiyi kimi, bir müddət əvvəl Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) ölkədə Beynəlxalq İslam Universitetinin yaradılması və “Quran Ev”lərinin açılması ilə bağlı təklif irəli sürmüşdü. 

Təklifin ardınca İlahiyyat İnstitutunun yaradılması ilə bağlı qərarın verilməsi partiya tərəfindən tədirəlayiq hesab edilib. 

AXCP sədrinin dini məsələlər üzrə müavini Tural İrfan Cebhe.info-ya açıqlamasında deyib ki, hələlik adı Beynəlxalq İslam Universiteti adlanmasa da, İlahiyyat İnstitutu onun funksiyasını yerinə yetirəcək: 

“Ümidvarıq ki, inkişaf etdikcə gələcəkdə o səviyyəyə gəlib çıxacaq və Azərbaycanın nümunəvi dini tolerantlığını dünyaya nümunə göstərəcək. Hakimiyyət ara-sıra bizim təkliflərdən istifadə edir. Hərçənd ki, adımızı və partiyanın təklifi olduğunu vurğulamasalar da, bu təkliflərin icrası xalq naminə olduğu üçün sevindiricidir. AXCP-nin təqdim etdiyi çoxsaylı təkliflərdən biri kimi bu institutun yaradılması da bu qəbildəndir. Ölkədə dini radikalizmin, xaricə meylliliyin, xurafatçılığın, məzhəb təəssübkeşliyinin aradan qaldırılması və normal, mötədil, ənənəvi islam dəyərlərinin milli ənənələrimizlə paralel aşılanıb tədris olunmasında bu təhsil ocağının rolu böyük olacaq. “Quran Ev”lərinin yaradılması, qədim Quran nüsxələrinin sərgilənməsi tariximizin yaşaması və təbliği üçün əvəzsiz nəticələr verə bilər. Turistlər üçün diqqətçəkici olar. Bu “Ev”lərin gələcəkdə daha da təkmilləşdirilərək “Quran Qiraət Ev”ləri şəklini alması da təklifin tərkib hissəsidir”. 

Tural İrfanın sözlərinə görə, AXCP-nin irəli sürdüyü təkliflərin xalq, dövlət üçün faydalarını danmaq mümkün deyil. Partiya rəsmisi irəli sürülən digər mühüm təkliflərin də qəbul ediləcəyi və xalqımız üçün faydalı olacağına ümidvar olduğunu bildirib. 

Alçina Amilqızı 
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений