Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

AXCP sədri intiharlardan danışdı: "Gözləmək olmaz"



İldə 27,000 adam Yaponiyada özünə qəsd edir. Bu gündə 70 nəfər intihar deməkdir.

"Bu gün yanıma Xaçmaz rayonundan iki qadın gəlmişdi.  iri rez-tez təkrar edirdi ki, çıxış yolum özümü öldürməkdir. Banka borcları var və ödəmək imkanı yoxdur. Hələ də özümə gələ bilmirəm".

Cebhe.info xəbər verir ki, bunu AXCP sədri Razi Nurullayev deyib. Partiya sədri yalnız son günlər 4 intiharın olmasına diqqət çəkib: "Bu artan rəqəm nəinki humanist qəlbləri narahat edir, həm də dövlətçiliyin təhlükədə olduğunun göstəricisidir. Bu intiharlar arasında sosial-iqtisadi vəziyyətlə əlaqədar  olanlar da var. Bu məsələnin həlli banklara olan vətəndaş borclarının bağışlanması və ya digər həll növü ola bilər. Amma bu, o qədər ciddi problemdir ki, bütün cəmiyyət həyacan təbili çalmalıdır". Razi Nurullayevin fikrincə,problemin həlli yolları və məsuliyyəti hakimiyyətin üzərindədir:"Hər nazir, komitə sədri, icra başçısı özünə bank açıb çirkli, rüşvət pullarını yumağa qalxanda tədbir görülməliydi.

İkinci ən böyük problem intiharların ideoloji zəmində baş verməsidir. Əsl acı həqiqət burada başlayır. Bu gün özünə qəsd edənlər sabah özü ilə bir neçə adamı da aparmağı düşünəcək. Bunun adı terrordur. Gözləmək olmaz.

Dünyada ən çox intihar Yaponiyada olur. Orada isə həyat səviyyəsi çox yüksəkdir. Ölüm səbəbini tapan olmayıb. Deyirlər, yaponlar məsuliyyət hissindən özlərini öldürürlər. Hər halda bizdə səbəb bu deyil. İldə 27000 adam Yaponiyada özünə qəsd edir. Bu gündə 70 nəfərin intiharı deməkdir.

Allah bizi intiharlardan qorusun!"

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений