Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

AXCP sədri Lapşinin əfv olunmasına münasibət bildirdi



AXCP sədri Razi Nurullayev blogger Aleksandr Lapşinin azadlığa buraxılmasına münasibət bildirib.

Cebhe.info xəbər verir ki, partiya sədri prezidentin bu addımını alqışlanası adlandırıb:

"Prezident Lapşini əfv edib. O, işğal olunmuş ərazilərə getmiş və bununla kifayətlənməyərək, Azərbaycanı və onun vətəndaşlarını aşağılamışdı. Erməni işğalçılarına haqq qazandırmışdı. Sağ olmuş Belarus prezidenti Lukaşenkonun köməkliyi ilə Azərbaycan bu yaramaza layiq olduğu cəzanı verə bildi. Bütün digər yaramazlar da gördü ki, Azərbaycanın müstəqilliyinə dil uzadanlar, xalqımızı təhqir edənlər harada olmaqlarından asılı olmayaraq ədalət kürsüsündə oturacaqlar.

Lapşinin həbsi və Azərbaycana gətirilməsi bir çoxlarının gözünü qorxutdu. Düşünürəm ki, Lapşin cəzasını artıqlaması ilə çəkib və Prezidentin onu əfv etməsi başadüşüləndir və alqışlanasıdır. Azərbaycan həm də humanist ölkə olduğunu göstərməlidir və bu əfvlə bu məsələ həll edilmiş oldu. Lapşini daha çox həbsdə saxlamaq Azərbaycana bundan sonra çətin ki, siyasi xal qazandıra bilərdi.

Lapşin erməni qəsbkarlarına xidmət etdi, amma etdiyi hərəkətə görə Azərbaycan həbsxanasında yataraq dolayısı ilə günahlarını yudu. Ümid edək ki, vətəninə dönən Lapşin ağlını başına toplayacaq və Azərbaycan haqqında əyər-əskik danışmayacaq. Danışsa belə qoy günahı öz boynunda qalsın!"

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений