Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

AXCP sədri xanım qazini ziyarət etdi - FOTOLAR



AXCP sədri Razi Nurullayev Qarabağ müharibəsi iştirakçısı Rüxsarə Cumayevanı xəstəxanada ziyarət edib.

Bu barədə partiyanın mətbuat xidmətindən Cebhe.info-ya məlumat verilib.

Xanım qazimizDaşaltı, Canyataq, Gülyataq, Mehmanə, Drambom, Uğurlu və Fərtuxdağ ətrafında gedən döyüşlərdə iştirak edib.

 Canyataqda döyüş zamanı ayağından qəlpə yarası alıb. 

O qəlpənin acısının hələ də yaşayan Rüxsarə xanım Reablitasiya Mərkəzində müalicə alır. Mütəmadi olaraq Qarabağ müharibəsi iştirakçılarını, qaziləri, şəhidlərimizi ziyarət edən  AXCP sədri R. Nurullayev və bir qrup partiya fəalı Rüxsarə xanıma baş çəkib.

Xanım qazi döyüş günlərini xatırlayıb:"Çox təsadüfi şəkildə yenidən qarşılaşdığı, ölümdən xilas etdiyi Mirağa Ağamirov onun haqqında danışdı. Mehmanə döyüşlərində onu xilas edən, Rüxsarə xanımın hətta adını belə bilmədiyi üçün minnətdarlıq hissinə görə axtardığı bir xanımla 16 ildən sonra necə qarşılaşdığını elə fərəh hissi ilə danışdı ki, belə igidlərin yanımızda olması ilə qürur duyduq.

Müalicəsi ilə bağlı Razi Nurullayevə məlumat verən qazi mərkəzdə ən yüksək fizioterapiya aparatlarının olduğunu söylədi, amma isti su məsələsinin problem olmasını səsləndirdi.
 Rüxsarə xanım Razi Nurullayeva ziyarətə görə minnətdarlığını bildirdi. AXCP sədri bu görüşü mənəvi borc hesab etdiyini söylədi, igid döyüşçümüzə Allahdan şəfa diləyərək, tezliklə sağalmasını arzu etdi".

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений