Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

AXCP sədrindən bayram təbriki



Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Razi Nurullayev bayram münasibətilə xalqa bayram təbriki ünvanlayıb.

Cebhe.info AXCP sədrinin bayram təbrikini təqdim edir:

"Əziz əsgərlər və zabitlər!

İlk öncə sizləri təbrik etmək istəyirəm. Siz soyuq səngərlərdə torpaqlarımızı canınız bahasına qoruyursunuz! Qoy bir olan Allahın köməkliyi ilə, 2018-ci ildə bir nəfər də əsgər və zabitimiz düşmən gülləsinə tuş gəlməsin. Qoy 2018-ci ildə torpaqlarımız sizin şanlı zəfərinizə şahidlik etsin. Allah sizi qorusun, var olun vətən oğulları!

Əziz həmvətənlər!

Sizləri də qarşıdan gələn 2018-ci il münasibətilə təbrik edirəm. Arzu edirəm ki, 2017-ci ildə olan problemləriniz 2018-ci ilə addımlamaq istəyəndə qəza keçirsin. Siz 2018-ci ildə arzularınıza çatasınız. Qoy uca Allah, niyyətlərinizi pak etsin və sizlərin həyatına arzu etdiyiniz gözəl dəyişiklikləri gətirsin.

Siz, əziz həmvətənlər, daha gözəl həyata layiqsiniz. İldən-ilə gözəlləşən, demokratikləşən, həyatınızın yüngülləşdiyi Azərbaycan görmək istəyirsiniz. Bu, inşallah sizlərə nəsib olacaq. Rəhmətlik Əbülfəz Elçibəy elə Azərbaycan qurmaq istəyirdi ki, orada məmur vətəndaşa xidmət etsin, rüşvət və korrupsiya olmasın, hər kəs azad biznes qura bilsin, hər kəs gələcəyindən əmin olsun.

Bir olan Allahın köməkliyi ilə, belə bir Azərbaycanı qurmaq üçün yola çıxmışıq.

Yeni İliniz Mübarək!"

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений