Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

AXCP sədrindən boykotçulara ismarış: "...Aprelin 11-dən sonra salam verən də olmayacaq”



“Xalqı inandıra bilməmisiz, sizdən ötrü risk etmək istəmir”

Müxalifət daxilində 11 aprel növbədənkənar prezident seçkilərində iştirak edib-etməməklə bağlı müzakirələr davam edir. Cebhe.info xəbər verir ki, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Razi Nurullayev özünün facebook hesabında yenidən bu məsələyə toxunub və boykotçuları düzgün taktika seçməməkdə qınayıb: 

“Nə dəxli var ki, seçkini hansı səbəbdən uduzursan? Seçki saxtalaşdırılıb deməklə də iş bitmir. Niyə o seçki saxtakarlığının qarşısını ala bilmədin? 

Deyirsən ki, Seçki Məcəlləsi normal deyil. O zaman, niyə onu dəyişdirməyə gücün çatmadı? Deyirsən ki, çünki xalq meydanlara çıxmır, dəstək vermir, bizi tək buraxır. Xalq, sənə dəstək vermir, o zaman çəkil get. Deyirsiniz ki, xalq qorxusundan vermir, onu dəstək verməyə qoymurlar, gözünü qorxudublar və s. Demək ki, xalqı da inandıra bilməmisiniz. Xalq sizin uğrunuzda risk etməyə getmir, inanmır ki, vacib məqamda siz onu meydanda yalnız buraxmayacaqsınız. Tankın altına uzanan xalq birdən-birə dönüb oldu qorxaq?” 

“30 il müxalifətçilik olmaz”

AXCP sədri boykotçuları siyasi mədəniyyət nümunəsi göstərməyə çağırıb: “Almaniya Sosial-Demokrat Partiyasının sədri Martin Şults istefa verib. Deyib ki, “Bu, mənim Sosial-Demokrat Partiyasının sədri vəzifəsində sonuncu müraciətimdir. Bu, bir çox hallarda çətin iş olub. Ancaq mən heç kimdən incimədən, heç kimə kin bəsləmədən bu vəzifədən gedirəm”. Sizin də bu mədəniyyətiniz olsun! Maksimum iki dönəm müxalifətçilik olar. İki dəfə sədr olun və sonra çəkilin. Daha 25-30 il yox. O zaman bu hakimiyyəti necə tənqid edək, onlara nəyi nümunə göstərək? Seçkini boykot edirsiniz. Guya sizin boykotunuz 11 aprel seçkisini pozacaq? Boykotun nəticəsi nə olacaq?

11 apreldə kim prezident seçilsə legitimlik qazanmayacaq? Öyrədilmiş və zombiyə çevrilmiş onlarla tonton makutlar da tutuquşu kimi sizin dediklərinizi təkrarlayır. Bu azmış kimi, bir sıra siyasi qüvvələrin yanında olan, xüsusən də Əli Kərimlinin ətrafında olan onlarla bədbəxt, bir də yaranışından xəbərsiz olan selə düşmüş heyvan kimi başını ora-bura çevirən söyüş və təhqir makinaları ailələrində danışıq tərzi olan ifadələr və cümlələr işlədirlər. Başlarına özləri boyda daş düşmüş bu barmaqla sayılan zavallılar düşən daşın çıxardığı qanı belə görmürlər. Siz o qanı görəndə isə cəhənnəmə vasil olacaqsınız. Bunu ona görə sərt deyirəm ki, sizin Azərbaycan cəmiyyətinə və xalqına ziyandan başqa xeyriniz yoxdur və heç zaman da olmayacaq!”

“Azərbaycanın siyasi səhnəsində yeni siyasi ulduzlar parlayır”

 Razi Nurullayev boykotçuların sayının xeyli az olduğunu vurğulayıb: “Sizin sayınız olsun vur-tut 3000 nəfər. Söyün, nifrət və kin yağdırın, ailənizdə gördüyünüz tərbiyəni cəmiyyətə açıqlayın. Siz mənə lazım deyilsiniz. Siz bu 10 milyonluq xalqın 0,0001 faizi varsınız, yoxsa yox. Mən xalqdan səs istəyirəm və o səsi alacam. Siz siyasi səhnədən silinməkdən qorxursunuz, bəli qorxun, silinirsiniz! Sizə aprelin 11-dən sonra salam verən də olmayacaq. Amma, Azərbaycanın siyasi səhnəsində yeni siyasi ulduzlar parlayır! Bu ulduzların parıltısı gözlərinizi kor edəcək! Biz xalqa başqa siyasi yol, başqa çıxış yolu göstəririk və göstərəcəyik. Onlar görəcək ki, bizim müxalifət kimi apardığımız siyasət cəmiyyətdə müsbət dəyişikliklər yaratmaqdadır və o zaman kütləvi şəkildə yanımızda yer alacaq.

Siz unudulursunuz və unudulacaqsınız! Sudan çıxmış başlıq kimi son nəfəsinizi verirsinizi! Biz isə Elçibəy yolu ilə yolumuza davam!”

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений