Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

AXCP sədrindən məzunlara TƏBRİK: “Hər kəsin arzuladığı Azərbaycan sizdən asılı olacaq”



“Əziz məzunlar! Sizi orta məktəbi başa vurmanız münasibətilə təbrik edir, layiqli, xoşbəxt, azad və firavan gələcək arzulayıram. Ayrıca olaraq, sizin valideyn və müəllimlərinizi də təbrik edirəm. Hər bir müəllim və valideynin haqqı ömür boyunca ödənilsə belə yenə azdır. Sizi əlinizdən tutub həyata vəsiqə verən onlardır”. 

Cebhe.info xəbər verir ki, AXCP sədri Razi Nurullayev məzunları bu sözlərlə təbrik edib.

“Ölkəmizin gələcəyi sizlərsiniz. Bu ölkəni siz qurub-yaradacaqsınız. Onun üçün də layiqli, bilikli, savadlı, dünyagörüşlü vətəndaşlar kim yetişməlisiniz. Bu isə yüksək təhsillə mümkündür. Ancaq və ancaq yüksək təhsil, elm sizi xurafatdan, mövhumatdan, şər qüvvələrin təsiri altına düşməkdən və boyunduruq altında yaşamaqdan xilas edə bilər.

Azərbaycanın parlaq gələcəyi sizin dünyagörüşünüzdən, elm və savadınızdan, gətirəcəyiniz innovasiyalardan asılıdır. Hər kəsin arzuladığı və yuxusunda gördüyü Azərbaycan sizdən asılı olacaq. Oxuyun, üzərinizdə daha çox işləyin, dinləyin, öyrənin və bir gün belə kitab oxumadan yatmayın. Telefonu, planşeti oyunlar üçün yox, biliyinizi artırmaq, dil öyrənmək, dünyaya çıxış üçün istifadə edin.

Bir daha sizi təbrik edir və xoşbəxt gələcək arzulayıram!”,- deyə partiya sədri gənclərə arzularını çatdırıb.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений