Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Axtarışda olan şəxs Salyanda özünə xəsarət yetirdi



Bu gün axşam saatlarında, ötən ilin dekabr ayında mənzildən oğurluq etdiyi üçün barəsində açılmış cinayət işindən yayınmaq üçün gizləndiyindən axtarışa verilmiş Salyan şəhərinin 20 Yanvar küçəsinin 30 yaşlı sakini Həsən Sakit oğlu Qəmbərov polis tərəfindən saxlanılarkən özü-özünə bıçaqla xəsarət yetirib.

Virtualaz.org saytının Şirvan bürosunun məlumatına görə, Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən Həsən Qəmbərov əməliyyata götürülüb.

Xatırladaq ki, ötən il dekabr ayının 9-da Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzi Xidmətindən Salyan Rayon Polis Şöbəsinə (RPŞ) rayon sakini Pərvanə Nağıyevaya məxsus mənzildən 4 min manat pulun oğurlanmağı barədə məlumat daxil olmuşdu.

RPŞ-yə dəvət edilən P.Nağıyeva pulunun bir gün əvvəl Lənkəranda olduğu müddətdə oğurlandığını bildirmişdi.

Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən rayon sakini Həsən Qəmbərov şübhəli şəxs qismində saxlanılmışdı.

Aparılan araşdırmalar zamanı saxlanılan şəxs törətdiyi əməli etiraf etmişdi. Ətrafında aparılan tədbirlərlə onun oğurladığı pulun 400 manatını yaşadığı həyətdə basdırdığı müəyyən edilmiş və həmin pullar maddi sübut kimi götürülmüşdü.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений