Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Aygün Bəylərin ərə getməsi təsdiqləndi



Bir müddət öncə mətbuatda əməkdar artist Aygün Bəylərin ərə getməsi ilə bağlı xəbər yayılmışdı.

Cebhe.info xəbər verir ki, A.Bəylərin ailə qurması xəbərini prodüser Sultan Mustafayev təsdiqləyib.

Belə ki o, "Facebook" səhifəsində bununla bağlı status yazıb. O, sənətçi ilə yollarını ayırdığını, ifaçının başının toya qarışdığını bildirib:

"Bu gündən etibarən Aygün Bəylərlə yollarımı ayırdım. Onun haqqında mənə sual verməyin. İş birliyi və dostluq bitdi. O, seçimini etdi və artıq həyat yoldaşı ilə xoşbəxtdir. Biz də bir dost kimi sevinirik. Toyunda da iştirak etməyəcəm”.

Qeyd edək ki, mətbuatda A.Bəylərin nazirin qohumuna ərə gedəcəyi barədə xəbər yayılmışdı. Müğənni isə açıqlamasında məlumatı təkzib etmişdi.

Aysel
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений