Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Ayın 16-dan bu yol bağlanacaq - Sürücülərin nəzərinə



İyun ayının 16-dan etibarən Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 6-11-ci km-lik hissəsində (Bakı Beynəlxalq Avtovağzalı-Xırdalan dairəsi hissəsi) hər iki istiqamət üzrə asfalt-beton örtüyünün yenilənməsi işlərinə başlanılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin məlumata görə bu səbəbdən yolun sözügedən hissəsində işlər aparılan zolaqlar üzrə yol bağlanmadan hərəkət hissə-hissə qismən məhdudlaşdırılacaq. Hərəkətin hissə-hissə qismən məhdudlaşdırılması təmir işləri bitənədək tətbiq ediləcək.

Sürücülərdən Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 6-11-ci km-lik hissəsində sıxlığın yaranmaması üçün öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur. Bundan başqa təmir işləri aparılan müddət ərzində sözügedən ərazidə hərəkətdə olarkən sürücülərdən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений