Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

Aysel Teymurzadə qayıtdı



Azərbaycanı “Eurovision 2009” mahnı müsabiqəsində təmsil edən Aysel  Adıgözəlzadə (Teymurzadə) instaqrama qayıdıb. 

“Qafqazinfo” xəbər verir ki, eks-müğənni 2016-cı ildən bəri işlətmədiyi rəsmi hesabını aktiv edib. 

Aysel əvvəlcə sənətdə olan zaman çəkilən fotolarını izləyiciləri ilə bölüşüb.  O, daha sonra isə həyat yoldaşı, Azərbaycan Dövlət Filarmoniyasının direktoru, pianoçu Murad Adıgözəlzadə ilə fotosunu paylaşıb. 

O, həmçinin rəsmi “facebook” səhifəsini də işə salıb, instaqramda linkini yerləşdirib. 

Qeyd edək ki, eks-ifaçı 2013-cü ildə evlənib, 3 övladı var. 

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений