Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Azad Rəhimov Formula 1 Azərbaycan Qran Prisi barədə - xərclərin 80 faizini biz ödəyirik



"Azərbaycan Bakıda keçirilən Qran Prinin keçirilməsi üçün sərf olunan ümumi xərcin 80 faizini ödəyir."

,Azərbaycanın Gənclər və İdman naziri Azad Rəhimov bu barədə Tass-a verdiyi müsahibəsində bildirib:

"2017-də Bakıda baş tutan "Formula 1" yarışına əvvəlki illərdən 2 dəfə artıq turist gəlib. Mərhələnin keçirilməsi zamanı turistlərin sayı 30% artır

 Bu günlərdə şəhərin infrastrukturu tam gücü ilə işləməyə başlayır. Əsas gəlir bilet satışından əldə olunur. Bizim reklam üçün nəzərdə tutulan yerlərimiz olmadığından, sponsorları cəlb edə bilmirik. Bütün hüquqlar "Formula 1" rəhbərliyinə aiddir.

Ötən illə müqayisədə, bilet satışlarının tempi də 30 faiz artıb. Qran Pri ölkənin ən yaxşı reklamıdır." - deyə nazir qeyd edib.

Rəhimov əlavə etdi ki, yarış zamanı ən çox Rusiyadan ölkəmizə turist axını müşahidə olunur.

Qeyd edək ki, bu il Azərbaycanın Qran Prisi aprelin 27-dən 29-dək keçiriləcək.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений