Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

Azərbaycan “Ən yaxşı debüt” mükafatına layiq görülüb



Azərbaycan “Worldfood Moscow” Sərgisində “Ən yaxşı debüt” mükafatına layiq görülüb

Cebhe.ino xəbər verir ki, Moskvada keçirilən 26-cı “Worldfood Moscow” Beynəlxalq Ərzaq Sərgisində vahid ölkə stendi ilə təmsil olunan Azərbaycan “Ən yaxşı debüt” mükafatına layiq görülüb. 
Sərginin yeganə eksklüziv partnyoru olan Azərbaycan “Worldfood Moscow”ya ilk dəfə qatılsa da, pavilyonumuzun milli ornamentlərdən istifadə olunmaqla yüksək zövqlə tərtib edilməsi, nümayiş olunan maraqlı proqram sərginin təşkilatçısı, dünyaca məşhur “ITE Group” tərəfindən yüksək qiymətləndirilib. 

“Made in Azerbaijan” vahid ölkə stendinin ən yaxşılardan biri kimi mükafat alması həm də Sərgi ziyarətçilərinin pavilyonumuza və burada nümayiş olunan təbii və keyfiyyətli məhsullara olan böyük marağının göstəricisidir. 

Azərbaycanın vahid ölkə stendi milli üslubda hazırlanıb və burada qədim adət-ənənələrimizdən olan xalçaçılıq sənəti, milli mətbəximiz, musiqi və rəqslərimiz nümayiş olunur.
Xatırladaq ki, Azərbaycan “Worldfood Moscow” Sərgisində 30-dan çox ixracatçı şirkətlə təmsil olunur. Yerli şirkətlərimizin keyfiyyətli və rəqabətqabiliyyətli məhsulları - meyvə şirələri, təbii mineral sular, şərab və spirtli içkilər, meyvə-tərəvəz, süd məhsulları, çay, fındıq, qənnadı məmulatları və konservləşdirilmiş qidalar “Made in Azerbaijan” vahid ölkə stendində nümayiş olunur. 

Qeyd edək ki, “Worldfood Moscow” Beynəlxalq Ərzaq Sərgisi sentyabrın 14-dək davam edəcək. 

Nigar Məhərrəm
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений