Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Azərbaycan “Formula-1” kontraktını dəyişmək istəyir



Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Formula 1 yarışlarının final oyununda, 2017-ci il Azərbaycanda Grand Prix təşkilatçıları Formula 1 ilə mövcud kontraktı uzatmaqdan ötrü onun tamamilə təkmilləşdirilməsini istəyirlər.

Bakı 2016-cı ildən Formula 1 keçirir. Amma builki yarışmadan sonra tərəflər arasında danışıqlar aparılacaq. Azərbaycanın Gənclər və İdman naziri Azad Rəhimov TASS agentliyinə deyib ki, kontrakt uzadılmamışdam şərtlərin yaxşılaşdırılmasını istəyirlər.

“Grand Prix-dən üç ay sonra Formula 1 rəhbərliyinə kontraktı 2025-ci ilədək uzadıb uzatmamaq barədə qərarımızı bildirməliyik”, – nazir söyləyib.

“Hamı anlayır ki, mövcud kontrakt qəbuledilməzdir. Məncə, Formula 1-in yeni rəhbərliyi də bunu anlayır. Bir sıra kommersiya şərtləri, sponsorluq haqları, ödədiyimiz qiymətdən danışırıq”, – Azad Rəhimov deyib.

“Amma fikrimcə, həm özümüz, həm də Formula 1 rəhbərliyi yarışmanın burada keçirilməsini istəyirik”, – nazir vurğulayıb.

XATIRLATMA

Azərbaycan 2016-cı ildən “Formula-1” Grand Prix yarışlarını təşkil edir.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений