Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Azərbaycan banklarına kiberhücum TƏHLÜKƏSİ: Xəbərdarlıq nəyə hesablanıb?



Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən bank və xidmət mərkəzlərinə qısa müddətdə tətbiq edilməsi üçün İT təhlükəsizliyi ilə bağlı tələblər toplusu göndərilib. 

Maliyyə Bazarlarına Nəzarət Palatasının ödəniş sistemlərinə nəzarət sektorunun böyük analitiki İlqar Hidayətovun sözlərinə görə, ölkədə İT risklərin qiymətləndirilməsi üzrə tələblər müəyyən edilsə də dünyada İKT sektorunun inkişafı və kiberhücumların genişlənməsi bu sahəyə diqqətin artırılmasını zəruri edir. 

O qeyd edib ki, banklara göndərilən tələblər toplusunda risklərin müəyyən edilməsi, elektron poçtların qorunması, məlumat kanallarının şifrələnməsi, şəbəkənin seqmentləşməsi, risklərin yoxlanılması və nəzarətin aparılması, işçilərin bu sahədə biliklərini artırılması ilə bağlı tələblər qoyulub. 

Cebhe.info əməkdaşı bir neçə aparıcı bankla əlaqə saxlayıb və bu sahədə vəziyyətlə maraqlanıb. “Kapital Bank”ın ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Pərviz Sədrəddinov Cebhe.info-ya açıqlamasında bildirib ki, bankın məlumat və hesabları lazımınca qorunaraq mühafizə edilir: “Serverlərin, hesabların qorunması üçün ən müasir texnologiyadan istifadə edirik. Texnologiya təkminləşdikcə, biz də bu yeniliklərdən yararlanırıq”. Bankın mətbuat xidmətindən bildirilib ki, bu vaxtadək onlarda belə bir təcrübə, yəni hesablara hücum olmayıb: “İstənilən işdə risk, təhlükə var. Sadəcə olaraq vaxtında o riskdən qorunmaq üçün lazımi addımlar atılmalıdır. Təhlükəsizliyin qorunması ilə əlaqədar olan bütün məsələlər diqqətdə saxlanılmalıdır. Kameralar belə dəyişdirilməlidir. Hazırda bankımızda 360 dərəcə çəkə bilmək qabiliyyətinə malik kameralardan istifadə edilir. Bu kamera hər tərəfi aşkarlayıb göstərə bilər”.

Nigar Məhərrəm 
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений