Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

Azərbaycan çempionatında günorta dəyişikliyi - Bu mövsüm ilk dəfə olacaq



Topaz Premyer Liqasında XII turun şənbə günü keçiriləcək matçları erkən - günorta saatlarında başlayacaq.

Sport24 xəbər verir ki, buna səbəb noyabrın 18-nə planlaşdırılan “Keşlə” – “Zirə” və “Kəpəz” – “Səbail” oyunları keçiriləcək stadionlarda süni işıqlandırma sistemiylə bağlı problemin olmasıdır.

Buna görə, hətta qarşılaşmalardan birini - konkret olaraq “Keşlə”in ev matçının saat 13:00-da başlanması nəzərdə tutulub.

Gəncədəki oyunun startının isə saat 15:00-da olacağı gözlənilir.

Daha tez oyun kimi məhz paytaxtdakı qarşılaşmanın seçilməsi təsadüfi deyil. Çünki oyunu yayımlayacaq “CBC Sport” telekanalının çəkiliş komandası Bakıdan 350 kilometr aralıda olan Gəncəyə səfər etməlidir. Buna görə “Kəpəz”in ev oyunu “Keşlə”nin matçından sonra başlayacaq.

Peşəkar Futbol Liqasının Texniki-İdman Şöbəsinin rəisi Zamiq Hüseynov məlumatı təsdiqləyərək şənbə günü matçlarının tez başlayacağını söyləyib:

Həmin 2 stadionda projektorlar olmadığından oyunları axşam saatlarına sala bilmirik. Qışın yaxınlaşmasıyla isə havalar getdikcə daha tez qaralır. Bütün bunları nəzərə alaraq, “Keşlə”ylə “Kəpəz”in bu turdakı ev oyunlarını günorta saatlarında keçirəcəyik. Burada yayım məsələsini də nəzərə almalıyıq. “CBC Sport” hər 2 qarşılaşmanı canlı yayımlayacağından matçları eyni vaxta təyin edə bilmərik. Deməli, bir oyun digərindən ən azı 2 saat sonra başlamalıdır. Canlı yayımın vaxtını tam dəqiqləşdirəndən sonra rəsmi saytımızda oyun cədvəlini açıqlayacağıq”.

Onu da bildirək ki, turun açılış və bağlanış matçları – “Qarabağ” – “Sumqayıt” və “Neftçi” – “Qəbələ” oyunları keçiriləcək Bakı Olimpiya Stadionu ilə "Bakcell Arena"da süni işıqlandırma sistemiylə bağlı problem olmadığından həmin qarşılaşmalar axşam saatlarında keçiriləcək.

Xatırladaq ki, cari çempionatda indiyədək ən tez başlanan oyun saat 15:00-da olub.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений