Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Azərbaycan da Rusiyadan toyuq ətinə QADAĞA qoydu - TƏHLÜKƏ



Rusiyada quş qripi təhlükəsi var. Moskvada bu xəstəliyin olması ilə bağlı xəbərlərin ardından Beynəlxalq Epizootik Büronun açıqlaması yayılıb. Açıqlamada Rusiya ərazisində quş qripi təhlükəsi barədə xəbərdarlığı olub. Məlumata görə, Kursk, Penza və Samara vilayətlərində quş qripi aşkar edilib.

Qeyd edək ki, buna görə, artıq Qazaxıstan Rusiyadan toyuq əti idxalına qadağa qoyub. 

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli Cebhe.info-ya açıqlamasına bildirib ki, bu barədə məlumat baytarlıq idarəsinə bir neçə gün əvvəl daxil olub: 

“Doğrudur Beynəlxalq Epizootik Bürodan bizə bu barədə rəsmi məlumat verməsə də, kütləvi informasiya vaistələrinin məlumatlarına istinad edərək, həmin vilayətlərdən, eləcə də, Moskva və Moskva ətrafı vilayətlərdən quş ətinin gətirilməsinə məhdudiyyət qoyulub. Bilirsiz ki, yaz fəslində Moskva və Moskva ətrafında da quş qripi qeydə alınmışdı. Məhdudiyyət həmin vaxtdan qoyulub, indi də qüvvəsində qalmaqdadır. Amma Rusiyanın digər – vəziyyətin sabit olduğu ərazilərindən quş əti gətirilir. Ölkəmizdə isə quş qripi və digər yolxucu xəstəliklərlə bağlı epizootik vəziyyət sabitdir”. 

Yolçu Xanvəli onu da əlavə etdi ki, iyul ayının 1-dən isə Rusiyadan Azərbaycana idxal olunan quş əti və quş əti məhsullarına nəzarəti Qida Təhlükəsizliyi Agentliyi həyata keçirəcək.

Xatirə Nəsirova
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений