Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Azərbaycan Doha Təhsil İnnovasiya Zirvəsində təmsil olunub



Azərbaycan Universitetinin rektorunun müşaviri, tarix üzrə fəlsəfə doktoru Nüşabə Quliyeva və xarici dillər kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru Samirə Məmmədova Qətərin paytaxtı Dohada keçirilən Dünya Təhsil İnnovasiya Zirvəsində (WISE-2017) iştirak edib.

Azərbaycan nümayəndə heyəti zirvə çərçivəsində təşkil olunan panellərdə dünyanın müxtəlif universitet, təhsil mərkəzi və agentliklərinin nümayəndələri ilə görüşüb, tələbə və müəllim mübadiləsi, ikili diplom və birgə layihələrin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparıb.

Beynəlxalq tədbirdə təhsil, texnologiya, siyasət, sosial sahibkarlıq, biznes, media və digər sahələrdə dünyanın ən yaradıcı lider, sahibkar və pedaqoqları iştirak ediblər. Təhsil sahəsinin gələcəyinə dair fikir mübadiləsi aparmaq məqsədilə dünyanın yüz ölkəsindən iki mindən çox nümayəndənin iştirak etdiyi tədbir maraqlı anlarla yadda qalıb.

Çıxışlarda “Birlikdə yaşamaq və birlikdə var olmaq” mövzusu ön plana çıxarılıb. Üçgünlük zirvə çərçivəsində təşkil olunan panel, sessiya və bölmələrdə “Sosial dəyişikliklərin təşviq edilməsində təhsilin rolu”, “Tənəzzül və qeyri-müəyyənlik dövründə öyrənmə metodlarının nəzərdən keçirilməsi və yenidən qurulması” və digər mövzularda müzakirələr aparılıb.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений