Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Azərbaycan efirində İran "işğalı": "Qarşısını almaq mümkün deyil" - MTRŞ



Azərbaycanın bir çox rayonlarında İran, Rusiya və digər əcnəbi radio kanallarının dalğaları eşidilir. Xaçmazın Dədəli kəndində də İranın bir çox radiolarını dinləmək mümkündür. Eyni zamanda, Rusiyanın bir sıra radio kanalları, hətta, FM dalğasında dinləmək mümkündür. Bu gün Azərbaycanın bölgələrində xüsusən də, İranın radio kanallarının rahatlıqla yayımlanması heç də müsbət hal deyil. Bu Azərbaycanın informasiya məkanı üçün də ciddi təhlükə hesab edilir. 

Maraqlıdır, bu problem Milli Televiziya və Radio Şurası (MTRŞ) tərəfindən bu günədək niyə həllini tapmayıb?

MTRŞ-nın Texniki nəzarət şöbəsinin müdiri, professor İsa Məmmədov Cebhe.info-ya açıqlamada bu haqda danışıb:

“Efirdə bu cür siqnalların qarşısını almaq mümkün deyil. Nəinki Azərbaycanda, heç dünyada belə bir praktika yoxdur. Yalnız yayımçı bu problemin qarşısını ala bilər. Bu gün İranda, xəzəryanı ərazilərdə bizim telekanallar və radio dalğalar yayımlanır”.

Qeyd edək ki, bölgələrimizdə ərəb, türkmən dilində də radio kanallar yayımlanır.  

Nigar
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений