Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Azərbaycan İsraillə birgə yeni növ PUA-lar istehsal edəcək



Müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev İsrailin “Aeronautics” şirkətinin Direktorlar Şurasının sədri Yedidia Yaarinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Cebhe.info xəbər verir ki, Y.Musayev Y.Yaarini “Aeronautics” şirkətinin Direktorlar Şurasının sədri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb.

Nazir müavini Müdafiə Sənayesi Nazirliyinin fəaliyyəti barədə nümayəndə heyətinə məlumat verib.

Görüşdə Müdafiə Sənayesi Nazirliyi ilə “Aeronautics” şirkəti arasında birgə həyata keçirilən layihə əsasında Azərbaycanda müxtəlif pilotsuz uçuş aparatlarının istehsalı üzrə ixtisaslaşmış “AZAD Systems” müştərək müəssisəsinin uğurlu fəaliyyətindən danışılıb.

Nümayəndə heyətinin başçısı Yedidia Yaarin səmimi qəbula görə minnətdarlığını bildirib.

Sonda Müdafiə Sənayesi Nazirliyi ilə “Aeronautics” şirkəti arasında yeni növ pilotsuz sistemlərin birgə istehsalının təşkilinə dair niyyət protokolu imzalanıb.

Cebhe.info 








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений