Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Azərbaycan Jurnalistlərinin VII Qurultayı keçirilir - FOTOLAR - YENİLƏNİR



Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Jurnalistlərinin VII Qurultayı keçirilir. 

Cebhe.info xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, media rəhbərləri və digər qonaqlar iştirak edib. Qurultay Azərbaycan respublikasının Dövlət Himni ilə öz işinə başlayıb. Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov çıxış üçün ilk sözü Əli Həsənova verib. Ə.Həsənov çıxışında prezident İlham Əliyevin jurnalistlərə ünvanladığı təbrik məktubunu oxuyub. Çıxışın sonunda Ə.Amaşov bu gün 58 yaşını qeyd edən Əli Həsənovu təbrik edib. Əli Həsənov təbrikə görə jurnalistlərə minnətdarlığını bildirib: 

"Bunlardan biri prezidentin tapşırıqlarını vaxtında icra edib ona məlumat verəndə güclü oluram. İkincisi, milli ordunun hökumət evi qarşısında paradı keçiriləndə güclü oluram. Üçüncüsü isə, media təmsilçiləri içində olanda özümü güclü hesab edirəm. Azərbaycan dövlətini heç kim aşağılaya bilməz. Heç zaman məğlub da edə bilməz. Onu milli prinsiplərdən, ideyalardan uzaqlaşdıra bilməz. Biz prezidentimizlə, qələm sahibləri ilə birgə olanda güclüyük".

Daha sonra qurultayın öz işinə başlması üçün sədarət heyəti, nəzarət, mandat və say komissiyaları seçilib. Qurultay davam edir.

***

Azərbaycan Jurnalistlərinin VII Qurultayında Əflatun Amaşov Qurultayda hesabat xarakterli çıxış edib. 

Cebhe.info xəbər verir ki, Ə.Amaşov Mətbuat Şurasının 15 il müddətində keçdiyi yola nəzər salıb: 

"Ötən qurultayımızdan bir ay sonra ölkə prezidentinin sərəncamı ilə jurnalistlərə ilk binanın mənzillərini vermək üçün sərəncam imzalandı. Ötən il isə ikinci binanının mənzilləri jurnalistlərə verilib. Bu jurnalistlərin sosial vəziyyətinin yaxşılaşdırılmasında önəmli rol oynayıb. Mətbuat Şurasının fəaliyyət müddətində isə bir çox şikayətlərə baxılıb, bəzi KİV orqanlarının peşə etikasından kənara çıxdığına görə Şuranın "qara siyahısı"na salıb. Şura eyni zamanda jurnalistlərin parlament, prezident seçkilərində fəaliyyətini monitorinq edib. Seçki günündə fasiləsiz qaynar xətt fəaliyyət göstərib". 

Vilayət Muxtar
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений