Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Azərbaycan millisinin bayram təbriki



Voleybolçu qadınlardan ibarət Azərbaycan millisinin üzvləri xalqımızı Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik ediblər. Voleybolçularımız bayram təbriklərini "Rekord.az" vasitəsilə çatdırırlar.

Ceyran Əliyeva - Dünya azərbaycanlılarını Yeni il ve Həmrəylik Günü münasibətilə təbrik edirəm. Hər kəsə can sağlığı, uzun ömür, xoşbəxtlik və firavan həyat arzu edirəm. Qoy hər kəsin evinde yalnız sevinc, şadlıq olsun. Qəm kədər hamımızdan uzaq olsun İnşallah. 

Anastasiya Qurbanova - Hər kəsi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edirəm. Qoy bütün çətinliklər köhnə ildə qalsın. Təzə il isə hamıya xoşbəxtlik, sevgi, çoxlu uğur və gülüş gətirsin. Yeni ilin xoş təəssüratlar, sevincli hadisələr və parlaq rənglərlə dolu olmasını diləyirəm.

Odina Bayramova - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə hər kəsi təbrik edirəm. Təzə il bütün evlərə  xoşbxətlik, sağlamlıq, gətirsin. Dünyada sülh, əmin-amanlıq, dostluq hömkranlıq etsin. Bayramınız mübarək.

Ayşən Abduləzimova - Xalqımızı Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edriəm. Təzə il vətənimizə, bütün dünyaya gözəl, sevincli günlər gətirsin. Süfrəniz həmişə bərəkətli olsun.

Yelizaveta Səmədova - Bütün dostlarımı, azarkeşləri və Azərbaycan xalqını Dünya Azərbaycanılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edirəm. Bütün ailələrə xoşbəxtlik, firavanlıq və möhkəm can sağlığı arzulayıram. Qoy təzə il ailələrimizə yalnız yaxşılıqlar gətirsin. Bayramınız mübarək.

Yana Kulan - Hamını Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edirəm. Qoy təzə il bizlərə xoşbəxtlik, sevinc, bol-bol müvəffəqiyyətlər gətirsin. Qoy 2018-ci il hər kəs üçün uğurlu olsun. Dünyada həmişə sülh olsun.

Valeriya Məmmədova - Azərbaycan xalqını Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edirəm. Təzə il  gülüş daha çox, kədər daha az olsun. Başımız üzərində daim sülh olsun. Bütün evlərdə firavanlıq olsun, hər kəsə can sağlığı diləyirəm. Bayramınız mübarək.

Oksana Kiselyova  - Hər kəsi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edirəm. Qoy bütün ailələrdə sağlıq, xoşbəxtlik, sevgi və ruzi-bərəkət olsun.

Şəfaqət Həbibova - Bütün xalqımızı Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təbrik edirəm. Qoy bu 2018-ci ildə üzünüzdən gülüş əksik olmasın. Bu il sizə və yaxınlarınıza düşərli olsun İnşallah. Can deyib can eşidəsiniz. Bayramını mübarək

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений