Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

Azərbaycan Müdafiə naziri İsrailə getdi



Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov İsrail Dövlətinin müdafiə naziri Aviqdor Libermanın dəvəti ilə Tel-Əviv şəhərinə yola düşüb.

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Rəsmi səfər çərçivəsində general-polkovnik Z.Həsənovun İsrailin müdafiə naziri ilə görüşü, Silahlı Qüvvələrin Komanda və İdarəetmə Mərkəzini, müdafiə sənayesi sahəsində fəaliyyət göstərən müəssisələri ziyarət etməsi və digər tədbirlərdə iştirakı nəzərdə tutulub.

Qeyd edək ki, Azərbaycan müdafiə naziri ilk dəfədir İsrailə rəsmi səfərə gedir və bu səfərin geniş rezonans doğuracağı şübhəsizdir. Bu səfər İsrailin Azərbaycana "Orbiter 1K" pilotsuz zərbə aparatlarını satması ətrafında yaranmış qalmaqaldan sonraya təsadüf edib. Xatırladaq ki, Azərbaycan tərəfi həmin PUA-ların cəbhə xəttində sınaqdan keçirilməsi barədə istəyinə istehsalçı şirkətin operatorları rədd cavabı verib. Nəticədə şirkətin yüksək vəzifəli meneceri sınağı özü keçirib və hədəfi dəqiq vura bilməyib.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений