Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Azərbaycan müdafiə xərclərini artırır



Azərbaycanda 2018-ci il dövlət büdcəsində müdafiə xərcləri üçün ayrılan vəsaitin məbləği artırılır.

2018-ci ilin dövlət büdcəsində ümumilikdə müdafiə xərcləri üçün vəsait 2.739 milyard manatdan 2.905 milyard manata qədər artırılıb.

Bu məbləğdən müdafiə qüvvələri üçün nəzərdə tutulan vəsait 1.366 milyard manatdan 1.384 milyard manata, milli təhlükəsizlik üçün 111.658 milyon manatdan 130.358 milyon manatadək artırılıb. Müdafiə və təhlükəsizlik sahəsində tətbiqi tədqiqatlar üçün 2.663 milyon manat olaraq qalıb, digər kateqoriyalara aid edilməyən xərclərə sərf ediləcək vəsait isə 1.258 milyard manatdan 1.388 milyard manata çatdırılıb.

Dövlət büdcəsinə dəyişikliklər Milli Məclisin iyunun 28-29-da keçirilməsi nəzərdə tutulan növbədənkənar iclaslarında müzakirəyə çıxarılacaq.

Qeyd edək ki, ümumilikdə 2018-ci il dövlət büdcəsində bütün istiqamətlər üzrə xərclər artırılır. Bu artım dünya bazarında neftin qiymətinin artması ilə əlaqədardır. Belə ki, 2018-ci il dövlət büdcəsində neftin bir barelinin baza qiyməti 45 dollar müəyyən olunmuşdu, lakin dünya bazarında neftin qiymətinin artması ilə əlaqədər dövlət büdcəsində neftin bir barelinin baza qiyməti 55 dollar olaraq müəyyənləşdirilir.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений