Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Azərbaycan özünün ABŞ-dakı lobbi təşkilatını itirdi



ABŞ-ın xüsusi prokuroru Robert Müllerin istintaqı ilə əlaqədar “Podesta Group” lobbi təşkilatı mövcudluğuna son qoyub.

Xüsusi prokuror şirkətdən xarici dövlətlərlə işi barədə sənədlərin və yazışmaların surətlərini tələb edib. Bundan əlavə, şirkətin əməkdaşları dindirilib.

Üç ay sonra (şirkət gecikməni kompüterdəki yanlışlıqla izah edib – red.) “Podesta Group” sənədləri təqdim edib və İraq, Moldova, Azərbaycan və Səudiyyə Ərəbistanından olan müştəriləri ilə işin dayandırıldığını elan edib. Qeyd olunur ki, şirkət ABŞ-da Azərbaycanın maraqlarını fəal şəkildə müdafiə edib və bunun qarşılığında nəhəng məbləğlər alıb.

Şirkətin rəhbəri olan Toni Podestaya qarşı heç bir ittiham irəli sürülməyib və xüsusi prokuror Robert Müllerin şirkətin fəaliyyətinə bu cür böyük marağının səbəbi məlum deyil.

Qeyd etməyə dəyər ki, firmaya Con və Entoni Podesta qardaşları başçılıq edirlər. Bunlardan birincisi 2016-cı ilin seçkilərində Hillari Klintonun seçki qərargahının rəhbəri olub.

Ukraynadakı rusiyapərəst Regionlar Partiyasının maraqları çərçivəsində Trampın keçmiş köməkçisi Pol Manafortun fəaliyyətini araşdırarkən Müller aşkar edib ki, “Podesta Group” Manaforta və onun vasitəsilə Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçin nəzarəti altında olan “Müasir Ukrayna Avropa Mərkəzi” (MUAM) qeyri-kommersiya təşkilatına piar xidmətləri göstərib.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений