Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

Azərbaycan şou-biznesinin başı çalmalı kişi müğənnisindən xəbər var - FOTOLAR



Gənc müğənni Səid İsmayılzadə ölkəmizi Gürcüstanda keçirilən “One Caucasus” festivalinda təmsil edib.

4 gün davam edən musiqi bayramı ilə bağlı ətraflı Cebhe.info-ya danışan müğənni festivalın baş tutmasında məqsədin Cənubi Qafqaz ölkələrini birləşdirmək olduğunu dilə gətirib:
“Festivalda Ermənistan, Azərbaycan və Gürcüstandan olan musiqiçilər qatılmışdı. Ölkəmizi mühüm tədbirdə həm də “Natiq” ritm qrupu da təmsil edirdi. Onu da deyim ki, Ermənistan təmsilçiləri ilə aramızda heç bir problem olmadı. Hətta, heç bir münasibətə girmədik”. 

O, özünün ifa tərzindən də söhbət açıb. Deyib ki, yazdığı mahnılar qədim dualara, mantralara bəstələrdir: 

“Onu da deyim ki, ifam festival iştirakçıları tərəfindən çox qəşəng qarşılandı. Mahnılarım sanskrit, Misir və Azərbaycan dillərindədir. Repertuarıma sufi kompozisiyası da əlavə etmişdim”.

Müsahibimiz deyir ki, insanlar onun ifa tərzini bəzən anlamır:

“Mənim ifa tərzimə maraq, ortadan aşağıdır. Nə gizlədim, konsertlərimdə adam az olur. Çıxışlarımı mənəvi dünyası fərqli olan insanlar dinləməyə gəlir. Yəni yoqa, meditasiya, ezoterika, reyki, tayçi ilə məşğul olanlar bizə müraciət edir”. 

Müğənni  ilahi mahnılar oxumaq ideyasının necə yaranmasından da söhbət açır:

“Artıq 6 ilə yaxındır, yoqa ilə məşğul oluram. Sonra başladım, mantralara qulaq asmağa. Başlanğıcda dinlədiyimi anlamırdım. Amma bir müddətdən sonra gördüm ki, maraqlı bir şeydir. Mantraları dinləyən zaman sanki başqa bir vəziyyətə, ruh halına keçirsən. Gözlərini yumursan, başqa bir aləmə düşürsən, dincəlirsən. Mən caz, pop oxumuşam, rok janrında da özümü yoxlamışam. Hər bir janrda ifa edən zaman öz vəziyyətimi bilirəm ki, mahnı mənə necə təsir göstərir. Bu mahnıları ifa edən zaman sanki ağlım “sönür”, ruhum musiqinin içində “əriyir”. Bilmirəm ki, necə oxuyuram, nə oxuyuram. Özü daxildən axıb gəlir”.

Məlumat üçün bildirək ki, Səid İsmayılzadə iki dəfə “Eurovision” milli seçim turlarında iştirak edib.

O, həmçinin İtaliyada keçirilən “Orfey” festivalında (2012) birinci, Bolqarıstanda reallaşan “Славянский Венец” (2013) festivalında birinci, Litvada keçirilən “Baltic voice” (2013) müsabiqəsində ikinci və ən nəhayət, Gürcüstanda keçirilən “Golden Star” (2015) festivalında birinci yerə sahib olub.

“Səs Azərbaycan” (“The Voice of Azerbaijan”) layihəsinin iştirakçısı olub. Azərbaycanın əməkdar artisti Manana Çaparidzenin komandasında çıxış edib.
İki il Rauf Babayevin rəhbərlik etdiyi “Qaya” kvartetinin solisti olub.

Hazırda ifaçılıqla yanaşı, həm də Niyazi adına Dövlət simfonik orkestrinin tərkibində skripka ifaçısı kimi fəaliyyət göstərir.

Aytən
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений