Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

Azərbaycan teatrı Rusiyada çıxış edəcək



Rusiya Federasiyası Başqırdıstan Respublikasının Ufa şəhərində ənənəvi olaraq keçirilən Türkdilli xalqların VI “Tuqanlıq” Beynəlxalq Teatr Festivalında ölkəmizi təmsil edən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı sentyabrın 11-də M.Kərim adına Milli Gənclər Teatrının səhnəsində festivalın proqramına uyğun olaraq yazıçı-dramaturq Tamara Vəliyevanın “Cəza” mono tamaşası ilə çıxış edib.

Cebhe.info xəbər verir ki, tamaşanın quruluşçu rejissoru Əməkdar İncəsənət Xadimi Mehriban Ələkbərzadə, quruluşçu rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatçısı Ağasəlim Feyzullayevdir.

“Cəza” tək adamlıq psixoloji oyun dramıdır. Tamaşada əsas və yeganə rolu Azərbaycan Respublikasının Əməkdar artisti Kəmalə Hüseynova ifa edir.

Tamaşa başqasına aşiq olan və cox da gənc olmayan ərli qadının daxili mübarizəsindən bəhs edir. Qadın hisslərinə görə əzab çəkməsinə baxmayaraq özü ilə bacarmır. Aktrisa Kəmalə Hüseynova qəhrəmanının ağrı - əzablarını tamaşaçıya məharətlə çatdıra bilir. Əri, uşaqları, evi, ailə qayğıları – hər şey onun üçün əhəmiyyətsizdir və qadının həyatı öz – özüylə mübarizə aparmaqla keçir. O, yalnız ümid və xəyallarla yaşayır.  Ancaq başa düşmür, görmür ki, onu yaxın gələcəkdə ölüm gözləyir... 

Festivalın təntənəli bağlanışı sentyabrın 14-də baş tutacaq. 

Nigar Məhərrəm
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений