Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

Azərbaycan toz-dumana bürünəcək? - NAZİRLİK AÇIQLADI



Türkiyənin Qaziantep, Şanlıurfa, Kilis və Malatya vilayətlərində havada müşahidə olunan normadan artıq toz dumanı nəqliyyatın hərəkətini iflic edib. Yollarda görünmə məsafəsi 50 metrədək düşüb.

Hava axını ilə Ərəbistan yarımadasından Türkiyəyə daxil olan toz qatı ölkəmizdə müşahidə edilə bilərmi?

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Cebhe.info-ya verilən məlumata görə, ölkəmizdə anoloji vəziyyət müşahidə edilməyəcək:

“Ərəbistan yarımadasından daxil olan burulğanlar Türkiyədə toz qatının müşahidə olunmasına səbəb olub. Türkiyə ilə yanaşı, Gürcüstanda da toz dumanı müşahidə edilib. Lakin Azərbaycanda bənzər vəziyyət proqnozlaşdırılmır. Ölkədə şimal küləyi əsdiyi üçün oktyabrın 28-dək və yaxın günlərdə toz dumanının olacağı proqnoz edilmir”.

Nigar Məhərrəm
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений