Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Azərbaycan uşaqlarının sevimli oyuncağı: TƏHLÜKƏLİ MALLAR sıyahısına salındı 



Azərbaycanda da uşaqların böyük həvəslə oynatdığı spinnerlər, yəni "stress çarxları" təhlükəli mallar sıyahısına daxil edilib.

Cebhe.info xəbər verir ki, Avropa Birliyi belə qərar verib. 

Birlik spinnerləri xüsusilə azyaşlı uşaqlar üçün təhlükəli hesab edib. Xüsusilə də işıqlandırılmış modellər azyaşlılar üçün təhlükə törədir. Oyuncağın kiçik detallarının udulması uşaqların həyatına son verə bilər. 

Xatırladaq ki, spinnerlərə tələb xüsusilə ötən il daha artıq olub. Bir sıra ölkələrdə, o cümlədən Azərbaycanda da azyaşlı və yeniyetmələr "stress çarxı" adlandırılan bu oyuncaqlara böyük maraq göstərib. Keyfiyyətindən, hazırlandığı materialdan asılı olaraq bazarda spinnerlərin qiyməti 6-50 manat arasında dəyişib.

Xəzər
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений