Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

Azərbaycan vətəndaşları bu xidmətdən 2 milyon 606 min 638 dəfə istifadə edib



Yanvar-mart aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron xidmətlərindən 2 milyon 606 min 638 dəfə istifadə qeydə alınıb.

Cebhe.info xəbər verir ki, nazirliyin əhali üçün aktual olan iş sahələrində 30-a yaxın e-xidmət vətəndaşların istifadəsindədir. Geniş istifadəçi kontingenti ilə seçilən bu e-xidmətlərdən vətəndaşlar təkcə cari ilin yanvar-mart aylarında 2 milyon 606 min 638 dəfə faydalanıblar.

Rüblük hesabatların sığortaedənlər tərəfindən elektron sənəd formasında elektron informasiya sisteminə daxil edilməsi “Elektron hökumət” portalının gücləndirilmiş elektron imza (E-imza və Asan İmza) ilə daxil olmağa imkan verən autentifikasiya vasitələrindən istifadə edilməklə həyata keçirilir.

Əmək və sosial müdafiə sahələri üzrə e-xidmətlər ölkədə “Elektron hökumət” portalının əhatə dairəsinin də əhəmiyyətli şəkildə genişlənməsinə səbəb olub. Cari ilin birinci rübü ərzində portala müraciətlərin (4 milyon 949 min 911 müraciət) yarıdan çoxu və ya 52,6 faizi məhz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-xidmətlərinin payına düşüb.

Nigar Məhərrəm
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений