Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Azərbaycan xalçası dollar gətirəcək: "...Bu iş iflasa uğraya bilər"



Azərbaycan xalça ixracına başlaya bilər. Bu barədə "Azərxalça" ASC-nin İdarə Heyətinin sədri Vidadi Muradov bildirib. Onun sözlərinə görə, bu ilin sonuna qədər Yaponiyaya xalça ixracı ilə bağlı müqavilə imzalanacaq. İlkin olaraq bu ölkəyə nümunələr göndərilib.

"Azərxalça" təmsilçisi gələn il 10 xalça fabrikinin tikilməsinin və bu tip fabriklərin sayı 30-a çatacağını, həmçinin regionlarda yun tədarükü məntəqələri də tikidiyini söyləyib.   

Vidadi Muradov Sumqayıt Kimya Sənaye Parkında Yunəyrici Boyaq Fabriki inşa edildiyini, yerli xammal əsasında iplik istehsal ediləcəyini qeyd edib.

Məlumdur ki, Azərbaycan xalçaları vaxtilə məşhur olub. Bu məhsulun ixracı ölkləmizə hansı dividentləri gətirə bilər?
 
İqtisadçı ekspert Akif Nəsirov Cebhe.info-ya açıqlamasında bildirib ki, hər bir xalqın təbii, mədəni brendləri var: 

“Məsələn Hindistanda yaxşı çay yetişir və bu onların təbii brendləridir. Abşeronun zəfəranı təbii brendimizdir. Bununla yanaşı həm də mədəni brendlər var ki, xalça dünyada Azərbaycanın mədəni brendi kimi tanınır. Ona görə də Azərbaycan xalçalarına dünyada xüsusi münasibət var. İran və digər ölkələrin xalçaları kimi Azərbaycan xalçalarının da öz imici var. Hesab edirəm ki, qədim xalçaçılıq imicini saxlamaqla xalça istehsalını inkişaf etdirmək olar. Xalçlarımızı xaricə ixrac etməklə ölkəyə kifayyət qədər divident gətirmək olar. Həm də Azərbaycanın əmtəə nişanı reklam olunar, ölkəmiz tanınar”.

Müasir dünyada əntiq əşyalara marağın artdığını deyən iqtisadçı bildirir ki, ixrac prosesini təşkil edərkən diqqət yetirmək lazımdır ki, Azərbaycanın qədim xalçaçılıq ənənələri istehsal məhsullarının üzərində olsun: 

“Bu hansısa başqa xalqın ənənələrinin pirat nünunələri olmasın. Belə bir şey olarsa, bu iş tamamilə iflasa uğraya bilər. Bu sahədə Azərbaycanın xalçaçılıq sirlərini bilən mütəxəssislər çalışmalıdırlar. Onlardan istifadə etməklə bu işi təşkil etmək olar. Çox səmərəli sahədir. Hesab edirəm ki, bu sahədə Azərbaycan ciddi uğurlara imza ata bilər”.

Xatirə Nəsirova
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений