Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Azərbaycana ildə 3 milyon taxıl lazımdır: Çörəyin qiymətini artıran TONLAR



Bu ilin birinci rübündə Azərbaycana təkcə Rusiyadan idxal olunan buğdanın həcmi 248,358.42 ton təşkil edib ki, bunun üçün 41,750.64 min dollar xərclənib. Dövlət Statistika Komitəsinin mətbuata açıqlamasına görə, bu ötən illə müqayisədə xeyli çoxdur. Belə ki, 2017-cı ilin birinci rübü ərzində Rusiyadan 189,246.88 ton idxal edilib və 35,189.67 min ABŞ dolları sərf edilib.
 
Məlumdur ki, idxalın artmasının səbəbi istehsalın azalmasıdır. Bu isə açıqlanan rəsmi məlumatlara ziddir. 

Ümumiyyətlə, ölkəmizdə taxıla tələbat nə qədərdir, onun neçə faizi istehsal, neçə faizi idxal hesabına ödənilir?

Altay Sosial-İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Bayramlı Cebhe.info-ya açıqlamasında bildirib ki, Azərbaycanda taxıla təlabat 3 milyon tondan çoxdur: 

“Kənd Təsərrüfatı Nazirliyindən bildirilir ki, 2 milyon taxıl istehsal olunub. Amma idxal rəqəmlərinə baxanda isə görürük ki, 1,5 - 2 milyon idxal var. Bu rəqəmlər bir-biri ilə uzlaşmır. Belə çıxır ki, ölkədə deyilən qədər istehsal yoxdur. Tələbatın ən azı yarı hissəsi idxal məhsulları hesabına ödənilir. Bu da əsasən Rusiya və Qazaxıstandan gətirilir”.

Ekspert deyir ki, ölkəmizdə taxıl istehsalının azalmasının bir neçə səbəbi var: 

“Taxıl Fondu yerli istehsalçılardan buğda götürmür. Keyfiyyət standartının uyğun gəlmədiyi bildirilir. Amma mən bilmirəm ki, bu hansı standartlardır. Yüz ildir ki, Azərbaycanda taxıl əkilir, həmişə uyğun gəlib. Taxıl Fondu bunu konkret açıqlamalıdır ki, yerli istehsalı niyə götürmür, hansı sortlar, hansı standartlara cavab vermir.

Bu baxımdan da istehsalçılar buğda yetişdirməkdə maraqlı deyillər. Dıgər səbəb ondan ibarətdir ki, taxıl ümumiyyətlə azgəlirli istehsal sahəsidir. Bu məhsulu böyük sahələrdə əkən zaman və texnikadan istifadə edən zaman gəlir gətirir. Məsələn, Sovet dövründə böyük kolxazlarda əkilirdi, kombaynlarla yığılırdı. Amma ümumiyyətlə, taxılçılıq bütün dünyada datasiyaya oturmuş sahədir. Buna görə də, kiçik sahələri olan fermerlər başqa məhsullara üstünlük verirlər. Fermerlər son zamanlar daha gəlirli sahə olan pambığa üstülük verirlər”.

Elçin Bayramlı deyir ki, yaxın gələcəkdə də taxıl sahəsində idxaldan asılılıq davam edəcək: 

“Taxıl həm də strateji məhsuldur, ərzaq təhlükəsizliyi ilə bağlıdır. Bizdə çörəyin qiymətinin bahalaşmaması üçün xaricdən aşağı keyfiyyətli buğda alırlar. Qazaxıstan, Rusiyadan aşağı keyfiyyətli buğda alınır ki, bu da çörəyin qiymətində özünü göstərir”. 

Xatirə Nəsirova
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений