Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Azərbaycana saxta dərmanlar daha gətirilməyəcək? - AÇIQLAMA



Baş nazirin müavini Əli Əhmədov deyib ki, bütün əlaqədar qurumlar cəlb edilərək elə bir sistem yaradılmağa çalışılır ki, saxta dərmanların Azərbaycana gətirilməsinin qarşısı alınsın: "Saxta dərman məsələsi bütün dünya ölkələrini düşündürən problemdir. Hələlik elə bir ölkənin adını çəkə bilmərəm ki, orada saxta dərman məsələsi birdəfəlik həll olunsun. Amma biz çalışacağıq ki, ölkəyə saxta dərman gətirilməsi səviyyəsi ciddi şəkildə aşağıya salınsın və insanlarımız bundan ciddi əziyyət çəkməsinlər".

Cebhe.info-ya açıqlama verən Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu bildirib ki, dərman vasitələri ilə birlikdə gündəlik tələbat malları üzərində də nəzarət gücləndirilməlidir:

“Çünki istifadə olunan məhsullar insan sağlamlığı üçün ziyanlıdır. Xüsusən də bunların  içərisində dərmanlar öz yerini tutur. Onların keyfiyyətsiz, standart qaydalara uyğun hazırlanmaması bəzi insanların sağlamlığına zərər verir.

Azərbaycanda bilirsiniz ki, monopoliya var. Dərmanları ayrı-ayrı adamlar gətirib verirlər. Ona görə də bu sahədə azadlıq, şəffaflıq olmadığı üçün problem yaranır”.

Hicranə İsmayılova
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений