Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Azərbaycana silah satışına qadağa: Seçim imkanlarımız varmı?



Amerika Birləşmiş Ştatlarının (ABŞ) Rusiyaya tətbiq etdiyi sanksiyaların miqyası getdikcə daha da genişlənir. Belə ki, ABŞ Dövlət Departamenti diplomatik missiyalara Rusiyanın hərbi-sənaye kompleksi şirkətləri ilə sövdələşmələrə girməkdən çəkinmək barədə hökumətləri xəbərdar etmək tapşırığı verib.Bu barədə Dövlət Departamentinin rəsmi nümayəndəsi Hazer Nauert ötən gün keçirdiyi brifinqdə bildirib. Məlumdur ki, Azərbaycan da Rusiya ilə hərbi cəhətdən əməkdaşlıq edir.Maraqlıdır, Azərbaycan bu vəziyyətdə nə etməlidir?
 
Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini, politoloq Məhəmməd Əsədullazadə “Cümhuriyət” qəzetinə şərhində deyib ki, ABŞ-ın Rusiyanın hərbi sənayesinə tətbiq etdiyi sanksiyalar bu ölkənin beynəlxaq siyasi konyukturada apardığı destruktiv siyasətinin qarşısını almağa yönəlib:
 
“Neft və qaz satışından sonra Rusiyanın ixracda əsas gəlir mənbəyi hərbi texnikaların satışıdır. Hərbi texnikanın satışından bu ölkə il ərzində miyardlarla dollar vəsait qazanır. Neftin dünya bazarında kəskin ucuzlaşması və Rusiya iqtisadiyyatına tətbiq olunan sanksiyalar rəsmi Kremlin Yaxın Şərq və Şərqi Avropada apardığı siyasətə qarşı yönəlib. Çünki, bu regionlarda ərazilərin işğalı, separatizm və ABŞ-la  geosiyasi maraqlarının toqquşması Vaşinqtonun analoji addım atmasına gətirib çıxartdı. Rusiya hakim elitasına qarşı "Kreml hesabatı" və bank-maliyyə sahəsinə tətbiq olunan sanksiyalar Putinin aqressiv siyasətinin qarşısını müəyyən qədər alsa da, göründüyü kimi hələ də rəsmi Kreml ikiqütblü dünya siyasətinin formalaşmasından əl çəkmir”.
 
Politoloq hesab edir ki, ABŞ-ın bu qərarı Azərbaycana da təsir göstərə bilər. M.Əsədullazadənin sözlərinə görə Azərbaycan ilk növbədə öz sənayesini inkişaf etdirməlidi:
 
“Rusiyanın hərbi-sənayesinə tətbiq edilən sanksiyalar bu ölkə ilə hərbi ticari əlaqələri quran ölkələrə də şamil edilməsi barədə ABŞ Dövlət Departmentinin qərarı Azərbaycana qarşı da tətbiq edilə bilər. Düzdür, Rusiya ilə ticari sazişlər  ötən illərdə bağlanan müqavilələrdi və buna uyğun olaraq silah və texnikanın idxalı davam edir. Amma bundan sonra ölkəmizin Rusiya ilə bu sahədə ticarətində müəyyən çətinliklər yarada bilər.İlk növbədə Azərbaycan öz hərbi sənayesini inkişaf etdirməli, digər tərəfdaş ölkələrlə hərbi əlaqələri genişləndirməlidir. İsrail, Türkiyə, Pakistan, Belarus, Ukrayna və Çexiya ilə hərbi-sənaye sahəsində əməkdaşlıq və ticari əlaqələr imkan verir ki, Rusiyadan silah idxalını  dayandıraq. Ötən gün İranın müdafiə nazirinin ölkəmizə səfərində Tehranın hərbi -ticari əməkdaşlıqda maraqlı olduğunu vurğulaması onu deməyə əsas verir ki, ölkəmiz heç də silah idxalında problemlə üzləşməyəcək.Hazırda Avropanın bəzi ölkələri ilə hərbi əlaqlərin qurulması və əməkdaşlıq barədə danışıqlar gedir.Bu danışıqlar müsbət nəticələnsə, NATO standartlarına uyğun silahların alınması gerçəkləşə bilər”.
 
Vilayət Muxtar
Cebhe.info







© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений