Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Azərbaycana xəstəlik yayan toyuq gətirilir? - RƏSMİ AÇIQLAMA



Rusiya bazarında satılan bəzi toyuq ətlərində insan həyatı üçün təhlükəli maddələr aşkarlanıb. "Roskontrol" təşkilatı bazara toyuq əti çıxaran 6 broylerin məhsulunu yoxlayıb və məlum olub ki, kütləni artırmaq üçün antibiotiklərdən istifadə edilib. "Petlyanka", "Kajdıy den", "To, çto nado", “Yasnie zori" kimi brendelərin məhsulları insan həyatı üçün təhlükəli hesab edilib. 

Həmin məhsullarda mikroorqanizmlərin miqdarı normadan 20-30 dəfə artıq olub. Bəzi məhsullarda isə təhlükəli xəstəliklərin səbəbi ola biləcək listeriya bakteriyasına rast gəlinib.

Maraqlıdır, bu toyuq məhsulları Azərbaycana da gətirilirmi?

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat katibi Yolçu Xanvəli Cebhe.info-ya açıqlamasında bu haqda danışıb. 

O, bildirib ki, qeyd olunan brend markalar adı altında Azərbaycana toyuq ətləri gətirilmir.

Nigar Məhərrəm
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений