Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

AZƏRBAYCANDA “qara mühasibatlıq”: İşçi sayı artır, maaş azalır 



İnşaat sektorunda çalışanların sayı artdı, əməkhaqqıları isə endirilib. 2017-ci ilin yanvar-oktyabr aylarında Bakı şəhərində inşaat sektorunda işçilərin orta siyahı sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,3 faiz artaraq 60,9 min nəfər təşkil edib. Bakı şəhər Statistika İdarəsindən verilən məlumata görə, orta aylıq əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 0,1 faiz azalaraq 1051,5 manat olub.

İxtisaslaşdırılmış tikinti işlərində işləyənlərin əməkhaqqısı 15,5 faiz azalıb, binaların tikintisində əməkhaqqı 10,1 faiz, mülki təyinatlı inşaat işlərində isə 13,8 faiz artıb. Tikinti sektorunda işçilərin sayı artsa da, əməkhaqqıları azalır.Səbəb isə sosial ödəmələrin böyük həcmdə olmasıdır. Muzdlu əməyə görə işçilərin gizlədilməsinin səbəbi aradan qalxmasa, şirkətlər leqal işçiləri artırsa da, əmək haqlarını az göstərəcəklər.

Sosial müavinət azaldılsa, bu kimi halların qarşısını almaq olarmı?

Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı “Cümhuriyət” qəzetinə bildirib ki, real əmək haqqının gizlədilməsi, ikili mühasibatlıq, yaxud işçilərlə əmək müqaviləsi yox, mülki müqavilə bağlanması faktları həmişə müşahidə olunub:

“Bu hallar isə şirkətlərin vergi yüklərini azaltmaq, sosial ödənişlərdən yayınması məqsədilə edilir. Bu kimi halların aradan qaldırılması üçün sadəcə, Dövlət Əmək Müfəttişliyinin öz vəzifə borclarının vicdanla yerinə yetirilməsi vacibdir.Sosial ödəmələr hansı ki, işəgötürən əmək haqqı fondundan 22 faiz ödəyir.Bunun işçiyə aidiyyəti yoxdur.İşəgötürən də məhz bu 22 faiz ödənişdən qaçmaq üçün müxtəlif üsullara əl atır.Sosial ödənişlərin azaldılmasına isə heç bir ehtiyac duyulmur.Şirkət sahibləri min oyundan çıxırlar ki, vergidən, sosial ödənişlərdən yayınsınlar.Amma bu ödənişlər olduqca vacibdir”.

Yeganə Oqtayqızı

Cebhe.info

 








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений