Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Azərbaycanda 58 faiz işsiz diplomlu var: "Ortalıqda gəzirlər"



Azərbaycanda ali təhsilli vətəndaşların sayı 17 faiz təşkil edir.

Bu barədə Cebhe.info-ya təhsil eksperti Kamran Əsədov məlumat verib. O, bu göstəricini az hesab etdiyini bildirib: 

“Bu çox aşağı rəqəmdir. Ali məktəblərə qəbul imtahanları sadələşdirilməlidir. Ali məktəblərin giriş qapısını geniş açmaq lazımdır ki, istəyən qəbul ola bilsin. Amma çıxış qapılarını daraltmaq lazımdır. Bu cür islahatlara mütləq getmək lazımdır”.

Ekspert deyir ki, bu prezident İlham Əliyevin 2013-cü ildə imzaladığı “Təhsilin inkişafı üzrə dövlət strateqiyası"nda da öz əksini tapıb.   

Kamran Əsədov bildirib ki, hazırda 54 ali məktəbdə 164 min tələbə təhsil alır. Araşdırmalara əsasən onların yalnız 42 faizi işlə təmin olunur: “Qalan 58 faiz işsiz diplomlular olaraq, ortalıqda gəzirlər”.

Xatirə
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений